Sabah qısa iş rejimi olacaq – Yeni qərar

15:44 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi həftə sonlarında karantin qaydalarının yenidən tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahda iclas keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda sabahkı iş saatına da dəyişiklik edilməsi qərarı verilib. Beləliklə 2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər