Kredit kartları bu aylarda artıb

16:31 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Bildiyiniz kimi Mərkəzi Bank 2020-ci ildə Azərbaycanda dövriyyədə olan kartlar barədə hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, bu il kredit kartlarının sayında mart ayınadək artım baş versə də aprel ayında bu göstərici yenidən azalıb.

Belə ki, 2019-cu ilin dekabr ayında dövriyyədə olan kredit kartlarının sayı 797 min ədəd olub.

Yanvarda kredit kartlarının sayı 829 minə, fevralda 890 minə, martda 930 min ədədə qədər yüksəlsə də aprel ayında 877 minə enib.

 

Bütün xəbərlər