Debet kartları kəskin azalıb – Hesabat

16:39 - 4.06.2020


4 iyun, Fineko/abc.az. 2020-ci ilin bəzi aylarında Azərbaycanda sosial kartlar və kredit kartları artsa da debet kartlarının sayında kəskin azalma olub.

ABC.AZ Mərkəzi Bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2019-cu ilin sonunda digər kartların sayı 1 milyon 769 min ədəd idi. 2020-ci ilin yanvarında bu rəqəm 1 milyon 822 min ədəd, fevralda 1 milyon 872 min ədəd, martda 1 milyon 837 min ədəd və nəhayət, apreldə 1 milyon 859 min ədəd olub.

 

Bütün xəbərlər