330x110
 

Koronavirusun 2-ci dalğası bu tarixdə gözlənilir – ÜST-dən bəyanat

04.06.2020,17:54


4 iyun, Fineko/abc.az. Koronavirusun ikinci dalğası sentyabr ayında mövsümi qriplə eyni vaxtda başlaya bilər.

ABC.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ÜST-ün Avropa üzrə regional ofisinin direktoru Hans Klüqe Avropadakı epidemioloji vəziyyəti şərh edərkən bildirib.

O vəziyyətin əksər Avropa ölkələrində həqiqətən yaxşılaşdığını qeyd edib, lakin hökumətləri arxayın olmamağa çağırıb. "Biz ölkələrə bildiririk: hazırda vəziyyət yaxşılaşırsa, bu bayram etmək yox, hazırlaşmaq vaxtıdır və indi də payıza hazırlaşmalıyıq",-deyə Klüqe bildirib.

Onun sözlərinə görə, koronavirusun ikinci dalğası sentyabr ayında başlaya və mövsümi qriplə üst-üstə düşə bilər. Bu baş verərsə COVID-19 pandemiyası səbəbindən müntəzəm peyvəndləmə işlərinin dayandırılması səbəbindən bir neçə ölkədə vəziyyət daha da ağırlaşacaq.

Qeyd edək ki, daha əvvəl Klüqe, ikinci dalğanın qarşısının vaxtında alınmayacağı təqdirdə, yeni dalğanın dağıdıcı olacağını bildirmişdi.