Həftəsonu qapanma qərarı effektini verəcək - Ramin Bayramlı

18:11 - 4.06.2020


4 iyun, Fineko/abc.az.  Həftəsonu qapanma dünya ölkələrinin təcrübəsinə əsalanaraq həyata keçirilir.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iş günlərindən sonra həftəsonu iki günlük qapanmanın ümumi yoluxmaya necə təsir edəcəyi haqda suala cavab verərkən deyib.

O bildirib ki, bununla bağlı statistik təhlillər aparılıb: “Həftəsonu qapanma qərarı effektini verəcək. Bu günlərdə tətbiq olunacaq qadağanın nəticəsi 1-2 həftə sonra olacaq. Aparılan təcrübə göstərir ki, müsbət nəticə olacaq”. 

Bütün xəbərlər