İmtahanlar zamanı yeni qaydalar tətbiq olunacaq

18:14 - 4.06.2020


4 iyun, Fineko/abc.az.  İmtahanlar zamanı tətbiq ediləcək yeni qaydalar hazırlanıb.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib. 

O qeyd edib ki, sözügedən qaydalar mütəxəssislər tərəfindən hazırlanıb.

Onun sözlərinə görə, bu qaydalarda imtahanların hansı şəraitdə keçirilməsi, valideynlərin övladlarını gözlədikləri zaman məsafə saxlamaları nəzərdə tutulub. "Lakin abituriyentlər və onların valideynlərinin koronavirus testindən keçməsi haqda tələb yoxdur. Xəstəlik əlamətləri olan vətəndaşlar və virusa yoluxmuş şəxslə ünsiyyətdə olanlar test olunur" deyə o qeyd edib. 

 

Müəllif: Elmir Murad 

Bütün xəbərlər