330x110
 

Bu şirkət Müşahidə şurasına sədr seçəcək – Toplantı

05.06.2020,10:09


5 iyun, Fineko/abc.az. İyulun 21-də saat 11.00-da “Bakı Sənaye-Tikinti” ASC səhmdarlarının illik ümumi iclası keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, gündəliyə 2019-cu ilin yekunları, Müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi, icra orqanının seçilməsi məsələlərinin müzakirəsi daxildir.

İclas Bakı şəhəri, Çobanzadə küçəsi 310 nömrəli ünvanda keçiriləcək.

Müəllif: Elmir Murad