Bakıda bankçılıq forumu keçiriləcək – Vaxtı açıqlandı

10:40 - 5.06.2020


5 iyun, Fineko/abc.az. Bu ilin noyabr ayında Bakıda V Beynəlxalq Bankçılıq Forumunun keçirilməsi planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasına (ABA) məlumat yayıb.

Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərini, digər qərar qəbulediciləri, inflüenserləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələrini, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıların bir araya gəldiyi məkandır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər