Bu hallarda da sosial yardım veriləcək – Yeni qaydalar

11:05 - 5.06.2020


5 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ünvanlı sosial yardımın verilməsi şərtlərində bəzi dəyişikliklər edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, “Ünvanlı dövlət sosial yardımı haqqında” sənəddə Qanunun 5 maddəsinə 11 dəyişikliyin edilməsi və 10-cu maddənin yeni redaksiyada verilməsi əksini tapır.

Nəzərdə tutulan yeniliklərdən biri ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi sosial yardım təyinatından imtinaya və ya ailəyə təyin edilmiş yardımın ödənişinin dayandırılmasına səbəb olmayacaq. Yəni ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq. Ailənin gəlirlərində baş verən dəyişiklik barədə məlumat verilməsi üçün müddət də uzadılır, ailə bu barədə artıq 5 iş günündən 15 iş gününə qədər məlumat verə biləcək.

Həmçinin sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da layihədə yer alıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər