Ermənistan təyyarələri Avropa İttifaqı ölkələrinə uçuş edə bilməyəcək – 2 il 6 ay

11:41 - 5.06.2020


5 iyun, Fineko/abc.az. Avropa Komissiyasının qərarı ilə Ermənistanın aviaşirkətlərinə məxsus təyyarələr azı iki il 6 ay müddətinə Avropa İttifaqına üzv dövlətlərin hava məkanında uçuş edə bilməyəcək.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 3-də mülki aviasiya sahəsinin məsul şəxsləri ilə görüşdə 2022-ci ilin noyabrınadək vəziyyətdən çıxmaq üçün yeni yol xəritəsinin hazırlanmasını tapşırıb.

Ermənistanın Baş Prokurorluğu Mülki Aviasiya Komitəsinin iki vəzifəli şəxsinə qarşı cinayət işi başladıb. Adları açıqlanmayan həmin məsul şəxslərdən biri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək komitənin maraqlarına qarşı fəaliyyət göstərib.

Qeyd edək ki, iyunun 2-də Ermənistan hava şirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv ölkələrin hava məkanından uçuşu qadağan olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər