2018-ci ildə Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və bərpası proqramı təsdiq edilib

16.01.2018,15:11


16 yanvar, Fineko/abc.az. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üçün əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların sosial müdafiəsi və bərpası proqramını təsdiqləyib.

Nazirlikdən verilən məlumata görə, proqram bu şəxslərin cəmiyyətə inteqrasiyasını nəzərdə tutur.

“O cümlədən,  proqram,  onların tibbi reabilitasiya, bədən tərbiyəsi və idmana cəlb olunmasını, səmərəli asudə vaxtının keçirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini, sosial müdafiə sisteminin gücləndirilməsini nəzərdə tutur”, - məlumatda belə deyilir.