Azərsu xüsusi rejimdə fəaliyyət göstərəcək

14:28 - 5.06.2020


5 iyun, Fineko/abc.az. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində karantin rejimində “Azərsu” ASC 06-07 iyun 2020-ci il tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək.

Bu barədə ABC.AZ “Azərsu” ASC-yə istinadən xəbər verir.

Bildirilir ki, 06- 07 iyun 2020-ci il tarixlərində ictimai nəqliyyatIn hərəkətinə məhdudiyyətlərin tətbiq olunması nəzərə alınaraq fəaliyyətinə icazə verilən işçilərin iş yerlərinə gediş-gəlişi yalnız “Azərsu” ASC-nin xidməti nəqliyyat vasitələri hesabına həyata keçiriləcək.

Qeyd olunur ki, istirahət günlərində 955 Zəng mərkəzi fasiləsiz fəaliyyət göstərəcək.

Vətəndaşlar su təchizatı, tullantı suları, sayğaclarda yaranan texniki problemlər və digər məsələlərlə bağlı müraciət edə bilərlər. “Azərsu” ASC-nin qəza briqadaları da 24 saat fəaliyyət göstərəcək.

 

Bütün xəbərlər