Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi azalıb – Hesabat

14:39 - 5.06.2020


5 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında 2020-ci ilin yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 milyard 843 milyon 918 min 820 manat təşkil edib.

2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 6 milyard 242 milyon 113 min 843 manat olub. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunub.

Buna baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 243%, repo əməliyyatları üzrə isə 122% böyümə qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər