Sabah Azərbaycanın 23 rayonunda İnternet olmayacaq

17:15 - 9.10.2017


Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  ölkədə internetin keyfiyyətinin və sürətinin artırılması üzrə tədbirlər görür.

Nazirlikdə deyildiyi kimi, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üzrə işlər aparılır.

Nazirlikdən  bildirdilər: “Bu işlər, Goranboy, Beyləqan, Bərdə, Ağcabədi, Ağstafa, Astara, Biləsuvar, Yevlax, İsmayıllı, İmişli, Şəmkir, Sabirabad, Qəbələ, Tovuz, Ağdaş, Saatlı, Siyəzən, Zərdab, Cəbrayıl, Gədəbəy, Xızı, Oğuz, Şabran rayonları üzrə aparılacaq.  Bununla bağlı  oktyabr ayının 10-dan 11-nə keçən gecə bu rayonlarda saat  02:00-dən saat 08:00-ə qədər internet fasilələrlə veriləcək”.

Bütün xəbərlər