Azərbaycanda kişilər atalıq məzuniyyətinə çıxacaq - Məcəlləyə dəyişiklik

14:28 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər irəli sürülüb.  

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, təkliflərdən biri - Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir. Məzuniyyət məcburi olacaq.

 Müəllif: Elmir Murad

Bütün xəbərlər