Naxçıvanın bu rayonu şəhər olacaq – Milli Məclisdə müzakirə olub

14:36 - 8.06.2020


8 iyun, Fineko/abc.az. İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

ABC.AZ qafqazinfo-ya istinadən məlumatına görə, iclasda bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır.

Layihəyə əsasən Naxçıvanın Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub. Müzakirələrin sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Bütün xəbərlər