Bu loto oyunlar dayandırıldı - "Azərlotereya"-dan açıqlama

15:33 - 8.06.2020


8 iyun, Fineko/abc.az. "Azərlotereya" ASC koronavirus təhlükəsi ilə bağlı olaraq bəzi lotereya oyunlarını ilin sonunadək dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat şirkətin açıqlamasında qeyd olunub.

Məlumatda qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə karantin rejimi ilə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar olaraq “Azərlotereya” ASC tərəfindən şənbə və bazar günlərində keçirilməsi nəzərdə tutulan tirajlı lotereya oyunları cari ilin sonuna qədər ləğv olunub.

 

Bütün xəbərlər