İcbari tibbi sığorta xidmətlərindən nə qədər adam istifadə edib? – Açıqlama

16:27 - 8.06.2020


8 iyun, Fineko/abc.az. 23 regionda icbari tibbi sığorta yüksək səviyyədə tətbiq olunur və əhali bu xidmətlərdən istifadə edir.

Müraciətlər kifayət qədər çoxdur.

ABC.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

O bildirib ki, ilkin olaraq TƏBİB-ə daxil olan tibb müəssisələrində tibbi xidmətlər həyata keçirilir, hansı xidmətləri həmin müəssisələrdə həyata keçirmək mümkün deyilsə, həmin xidmətlər müqaviləsi olan özəl tibb müəssisələrində həyata keçirilir: "900 mindən çox vətəndaş icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Onların istifadə etdiyi xidmət sayı 4 milyondan çoxdur".

 

 

Bütün xəbərlər