Bu bölgələrdə icbari tibbi sığorta yanvardan tətbiq olunacaq – SİYAHI

16:32 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Bəzi bölgələrdə COVİD-19-la əlaqədar icbari tibbi sığortanın tətbiqi təxirə salınıb. Növbəti ildən eyni qrafiklə davam etdiriləcək.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. O bildirib ki, yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə başlanılıb:

"Şimal bölgəsində icbari tibbi sığorta xidmətlərindən istifadə olunur. Gələn ilin yanvarın 1-dən əvvəlki qrafik üzrə əvvəl qərb bölgəsi, cənub, sonra isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ərazisində icbari tibbi sığorta tətbiq olunmağa başlayacaq".

 

Bütün xəbərlər