Azərbaycanda daha bir qoruq yaradılır – Sərəncam

16:47 - 8.06.2020


8 iyun, Fineko/abc.az. “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncamda qeyd olunub ki, Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilsin. Sərəncamda o da vurğulanıb ki, tapşırıq Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

 

Bütün xəbərlər