40 mindən artıq tələbə dövlət imtahanından azad edilib – Nazirlikdən açıqlama

16:58 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Bu gün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün yaz imtahan sessiyasına start verilib.

Təhsil Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, imtahanlar COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə təşkil olunub.

Yaz imtahan sessiyasına özünü hazır hiss etməyən tələbələr iştirakdan imtina edə bilərlər. Həmçinin, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə).

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər