Çin 5G-ni bütün ölkəyə yayır – Hazırda 36 milyon istifadə edir

10:59 - 9.06.2020


9 iyun, Fineko/abc.az. Çin bu ilin sonuna qədər 5G şəbəkəsi üçün 600 min baza stansiyası quraşdıracaq.

ABC.AZ xəbər verir ki, bu barədə Çin mətbuatı Sənaye və İnformasiyalaşdırma Nazirliyindən bildirilib.

Məlumata görə, bu baza stansiyaları sayəsində 5G şəbəkəsi bütün dairə əhəmiyyətli şəhərləri əhatə edəcək.

Qeyd edək ki, hazırda Çində 5G texnologiyalarından 36 milyon nəfər istifadə edir. Bu ilin sonuna qədər Çində 5G şəbəkəsini dəstəkləyən telefonların sayının 180 milyon ədədə çatdırılması nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər