Gürcüstan turistlər üçün sərhədlərini açmağı təxirə salır? – Baş nazirdən açıqlama

11:22 - 9.06.2020


9 iyun, Fineko/abc.az. Gürcüstan bir müddət əvvəl turizmlə bağlı bəzi ölkələrlə başlatdığı danışıqları dayandırmağa məcbur olub.

ABC.AZ-ın Gürcüstan mətbuatına istinadən məlumatına görə, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O qeyd edib ki, baş nazir bunu danışıqlar apardıqları ölkələrdə epidemioloji vəziyyətin yenidən pisləşməsi ilə izah edib: "Həmin ölkələr Gürcüstana müəyyən müddət gözləməyi təklif ediblər. Həm epidemiya ilə mübarizə, həm də iqtisadiyyatın bərpası üzrə atılan hər bir addım olduqca düşünülmüş və ehtiyatlı olmalıdır”.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən sərhədlərini xarici turistlər üçün açmağa hazırlaşır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər