Broyler istehsalı ilə məşğul olan şirkət ləğv olundu – Kreditorlara müraciət

12:08 - 9.06.2020


9 iyun, Fineko/abc.az. "Dəvəçi Broyler Dərin Emal" MMC ləğv olunduğunu elan edib.

ABC.AZ-ın report-a istinadən məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qurumdan bildirilib ki, kreditorlar 2 ay ərzində tələblərini Cəmiyyətin baş ofisinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Dəvəçi Broyler Dərin Emal" MMC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,5 milyon manatdır. Şirkətin təsisçisi "Səba" ASC-dir.

 

 

Bütün xəbərlər