Koronovirus Bakıda ən çox bu rayonda yayılıb - Siyahı

14:40 - 9.06.2020


9 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi koronovirusun daha çox yayıldığı ərazilər məlum olub.

ABC.AZ-ın məlumatına görə, epidemiyanın yayılmasına görə Bakı birinci sıradadır.

Paytaxt üzrə ən çox yoluxma halları Sabunçu, Yasamal və Binəqədi rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,8 faizi Sabunçu, 12,7 faizi Yasamal, 12 faizi isə Binəqədi rayonunun payına düşür. Yoluxma hallarının 11,3 faizi Xətai, 11,2 faizi Nəsimi, 9,6 faizi Nərimanov, 9,1 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 6,9 faizi Nizami, 6,8 faizi Qaradağ, 4,5 faizi Xəzər, 2,8 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər