Azərbaycanda koronavirusa daha çox qadınlar yoluxub – Statistika

14:48 - 9.06.2020


9 iyun, Fineko/abc.az. Azərbaycanda koronavirusa yoluxanların yaş həddi məlum olub.

ABC.AZ-ın məlumatına görə, koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir.

Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir. Bu virusdan dünyasını dəyişənlərin 35 nəfəri (43 faiz) 60-69 yaş, 19 nəfəri (23 faiz) nəfəri 70-79 yaş, 15 nəfəri (18 faiz) isə 50-59 yaş həddində olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər