Virusla bağlı tədbirlərin dayandırılması tezdir – ÜST baş direktorundan açıqlama

09.06.2020,17:05


9 iyun, Fineko/abc.az. Ötən gün koronavirus pandemiyasının ən ağır günü yaşanıb və bir gün ərzində virusa 136 min insan yoluxub.

ABC.AZ xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusla bağlı son vəziyyəti şərh edərkən belə deyib.

Onun sözlərinə görə, hazırda ölkələrin virusla bağlı tədbirləri dayandırması üçün erkəndir: "Avropa ölkələrində vəziyyət nisbətən yaxşılaşıb. Amma Cənubi Asiya və Amerika qitəsində vəziyyət kritikdir. Növbəti dalğa da ola bilər. Bunun qaşısını almaq üçün tədbir görmək lazımdır".

Müəllif: Elmir Murad