330x110
 

Bu şəxslər də təhsil haqqından azad ola bilər – Siyahı

09.06.2020,17:30


9 iyun, Fineko/abc.az. Hazırda ölkədə ödənişli əsaslarla oxuyan, lakin təhsilhaqqı dövlət tərəfindən ödənilən 17 min tələbə var.

ABC.AZ xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O COVID-19 epidemiyası ilə bağlı sosial həssas qruplardan olan tələbələrin təhsilhaqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib:

“Bu dəfə qərarda yeniliklər daimi əsasla təhsil haqqı xərcləri ödənilənlərə başqa kateqoriyalar əlavə edilib. Artıq 2020-ci ildən həmin şəxslər də təhsilhaqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Onlar ünvanlı sosial yardım alan ailənin üzvləri, hər iki valideynini vəya tək valideynini itirən şəxslər, övladların qanuni nümayəndələri alt kateqoriyalara aid olan şəxslər, birinci və ikinci dərəcə əlilliyi olanlardır".