Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi açılacaq

17:27 - 16.01.2018


16 yanvar, Fineko/abc.az. Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycanın energetika naziri Pərviz Şahbazovu qəbul edib.

Nazirliyin məlumatında deyildiyi kimi, görüş zamanı Səudiyyə Ərəbistanın Kralı, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin mövcud səviyyəsini yüksək qiymətləndirib və  əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində genişləndirilməsində maraqlı olduğu bildirib.

“Nazir həmçinin Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid  Əbdüləziz Al Falih ilə də görüşüb. Səudiyyə Ərəbistan tərəfi, enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə işçi qrupunun yaradılmasını təklif etdi. Qeyd edilib ki, gələcəkdə enerji sahəsində layihələrin müzakirəsi və reallaşdırılması ilə bağlı məsələlərin həllində  belə bir işçi qrupun fəaliyyəti mühüm rol oynayacaq”, - məlumatda belə deyilir. 

Həmçinin, Xalid Al Falih qeyd edib ki, yaxın vaxtlarda  Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.

 


Bütün xəbərlər