Gürcüstan bəzi ölkələrlə aviareyslərin bərpasını təxirə saldı – Koronavirusa görə

13:58 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Turistlərin qəbul edilməsi bahasına vətəndaşlarımızın sağlamlığını təhlükə altına ata bilmərik.

ABC.AZ-ın xarici KİV-lərə istinadən məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstan yaxın zamanda İsraillə turizm aviareyslərin bərpa olunmasını planlayırdı, lakin adıçəkilən ölkədə virusun artması səbəbi ilə iki ölkə arası aviareyslərin işə salınması təxirə salınıb: “Biz İsrail ilə razılaşmışdıq və yaxın zamanda turistlərin qəbulu üçün aviareysləri bərpa etmək istəyirdik, lakin son günlərdə orada epit partlayış baş verdi və minlərlə insan karantinə alındı. Bu səbəbdən iki tərəfli razılaşma ilə aviareyslərin bərpasının uzadılması qərarına gəldik. Biz turistlərin qəbul edilməsi bahasına, vətəndaşlarımızın sağlamlığını təhlükə altına ata bilmərik”.

Qeyd edək ki, Gürcüstan beynəlxalq aviareysləri 1 iyul tarixindən etibarən yaşıl zona sayılan ölkələrlə bərpa etməyi planlaşdırır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər