Ən çox arı təsərrüfatının olduğu bölgələr – Siyahı

14:12 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-ci il üzrə ölkədə 22670 arıçı qeydiyyatdan keçib.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu arıçılar 22781 arı təsərrüfatına sahib olmaqla 23052 arı ailəsinə qulluq göstərirlər.

Ümumilikdə, 506944 arı pətəyi qeydiyyata alınıb. Ən çox arıçı, arı təsərrüfatı və pətək sayı Balakən rayonunda qeydə alınıb.

Bu rayonda 1104 arı təsərrüfatında 32273 arı pətəyi saxlanılır. Arıçıların sayına görə isə Zaqatala rayonu 1349 arıçı ilə ölkədə bu təsərrüfat fəaliyyətinə ən çox marağı olan rayon kimi qeyd olunub. Ağsu, Tovuz, Lerik, Qax rayonları da təsərrüfatların sayı ilə öndədir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər