Əsas kapitala yönəldilən vəsait azalıb – Hesabat

16:14 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsait 4 907,6 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalma deməkdir.

Məlumata görə, hesabat dövründə qeyri neft-qaz sektoruna investisiya qoyuluşları 16,7% azalaraq 2 606,4 milyon manat, o cümlədən qeyri neft-qaz sənayesinə investisiya qoyuluşları 31,7% kiçilərək 366,8 milyon manat təşkil edib.

 

Bütün xəbərlər