Azərbaycanda sənaye məhsulu istehsalı cüzi artıb – İlk 5 ayın nəticəsi

16:47 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Azərbaycanda 2020-ci ilin yanvar-may aylarında 15,53 mlrd. manatlıq sənaye məhsulları istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumara görə, bu il 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4% çox sənaye məhsulu istehsal edilib.

Hesabat dövrü sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14% artaraq, 4,77 mlrd. manat təşkil edib.

 

Bütün xəbərlər