Bu şirkətlər elektrikli avtomobillər istehsal edəcək – Yeni müqavilə

17:04 - 10.06.2020


10 İyun, Fineko/abc.az. Ford Motor və Volkswagen AG əməkdaşlıq müqaviləsi imzalayıblar.

ABC.AZ-ın məlumatına görə, sözügedən şirkətlər elektrikli avtomobillər, kommersiya avtomobilləri və sürücüsüz avtomobillər istehsal etməyi planlaşdırırlar.

Müqaviləyə görə, hər iki şirkət səy və güclərini birləşdirərək 2023-cü ildən başlayaraq Avropa üçün yeni elektrikli vasitələr istehsal edəcək.

2022-ci ildə Ford həmçinin Ranger platformasından istifadə edərək yeni pikap da istehsal edəcək.

 

Bütün xəbərlər