Türk Hava Yolları uçuşları yenə təxirə saldı – Səbəb

17:15 - 10.06.2020


10 iyun, Fineko/abc.az. “Türk Hava Yolları” (THY) aviaşirkətinin bu gün yenidən başlaması planlaşdırılan beynəlxalq aviareysləri təxirə salınıb.

ABC.AZ-ın azərtac-a istiandən məlumatına görə, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, aviareyslərin başlaması üçün həm Türkiyə, həm də səfər ediləcək ölkələrin Mülki Aviasiya idarələrindən lazımi icazələrin hələ də alınmaması uçuşların bərpasını gecikdirir.

Xatırladaq ki, iyun ayından etibarən mərhələli şəkildə Türkiyədən 40 ölkəyə aviareyslərin keçirilməsi nəzərdə tutulurdu. Bununla əlaqədar artıq 15 ölkə ilə razılıq da əldə olunub. İlk beynəlxalq aviareyslərin isə iyunun 10-da Şimali Kipr Türk Cümhuriyyəti, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacağı gözlənilirdi. Türkiyədə ölkədaxili uçuşlar iyunun 1-dən etibarən mərhələli şəkildə bərpa olunub.

 

Bütün xəbərlər