Neft, bazarda artıqlıq təhlükəsi səbəbi ilə ucuzlaşır, Brent bir barelə $40,36 səviyyəsindədir

09:51 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Neft qiymətləri cümə axşamı ABŞ-da az tələbat və ehtiyatların artması ilə təklifin artacağı ilə bağlı narahatlıqlar fonunda azalır.

Saat 9:15-də London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersi $1,37 (3,28%) – bir barelə $40,36-a düşdü. İyunun 10-da keçirilən hərracların nəticələrinə görə, Brent-in avqust ayı üçün neft müqavilələrinin qiyməti $0,55 (1,34%) artaraq, bir barelə $41,73-ə çatıb.

Saat 9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyul ayına olan fyuçersi $1,51 (3,81%)– bir barelə $38,09 qədər düşdü. İyunun 10-da keçirilən ticarətin nəticələrinə görə, WTI -nin iyul fyuçersinin qiyməti $0,66 (1,7%), bir barelə $39,60-a qədər artıb.

 

Bütün xəbərlər