Bağlanmış 2 bank 47 milyon manatdan çox əmanət qaytarıb – 10 gündə

10:20 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlayıb.

Fonddan ABC.AZ-a bildirilib ki, 10 iyun 2020-ci il tarixinə ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib. 

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər