Birazdan bəzi şəhərlərdə imtahan başlayacaq – Binaya giriş maska ilə olacaq

10:40 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün respublikanın bir sıra şəhər və rayonlarında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirəcək.

ABC.AZ xəbər verir ki, imtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 1-dən etibarən çap edib götürə bilirlər.

Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır.

Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Bu gün keçiriləcək imtahanlarda 17021 nəfər olmaqla, ümumilikdə 42618 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər