Onlar ABŞ-dan Azərbaycana gətirildilər

11:39 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) ABŞ-ın Nyu-York şəhərindən 217 ölkə vətəndaşının çarter reysi ilə Azərbaycana gətirib.

ABC.AZ AZAL-a istinadən xəbər verir ki, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdiriliblər.

Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana əsasən yerinə yetirir.

 

Bütün xəbərlər