AMB valyuta hərracında banklara $40,7 mln. satıb

12:46 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında iyunun 11-də banklara $40,7 mln satılıb.

"Hərracda tələb 40,7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər