İki növdə sığorta yığımı artıb – Hesabat

14:13 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Bu ilin ynvar-aprel aylarında Azərbaycanın sığorta bazarında toplanan 311 milyon 337 min manat sığorta haqqının 209 milyon 807 min manatı və ya 67,4%-i könüllü sığortaların payına düşüb.

ABC.AZ xəbər verir ki, sığorta haqlarının 101 milyon 530 min manatı və ya 32,6%-i isə icbari sığorta növlərinin hesabına toplanıb.

2019-cu ilin eyni dövrü ilə müqayisədə könüllü sığortalar üzrə sığorta haqlarının yığımı 19,1%, icbari sığorta növlərində yığımlar isə 14% artıb.

 

Bütün xəbərlər