Bu növdə sığorta haqqı toplanışı 10 faiz azalıb – Hesabat

15:00 - 11.06.2020


11 iyun, Fineko/abc.az. 2020-ci ilin ilk 4 ayları (yanvar-aprel) ərzində avtomobillərin icbari sığortası üzrə ümumilikdə 26 milyon 226 min manat sığorta haqqı toplanıb.

ABC.AZ-ın məlumatına görə, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,2% azdır.

Belə ki, ötən ilin yanvar-aprelində bu sığorta növü üzrə yığımlar 29 milyon 192 min manat olmuşdu. Bu sığorta üzrə ödənişlər isə 20 milyon 989 min manat təşkil edib ki, bu ötən illə müqayisədə 6,4% artıqdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər