Azərbaycan Asiya İnkişaf Bankının kreditindən imtina etdi – Köçürülmə olmadı

15:13 - 11.06.2020


11 iyun, Fineko/abc.az. “Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı” çərçivəsində Asiya İnkişaf Bankının (ADB) “Azərişıq” ASC-yə ayırdığı kreditin 750 mln dollarlıq kreditin 2 və 3-cü tranşlarının köçürülməsi təxirə salınıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, buna səbəb Azərbaycan hökumətinin həmin krediti almaqdan imtina etməsidir.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, yeni xarici borclanma strategiyasına uyğun olaraq belə bir addım atılıb:

“Ortamüddətli dövrdə dövlət borcalmalarının əsas istiqamətlərini müəyyən edən və Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi çərçivəsində sözügedən kredit müqaviləsi üzrə növbəti tranşların cəlb edilməsi bu mərhələdə nəzərdə tutulmur”.

 

Bütün xəbərlər