İki gün işləməyəcək xidmətlərin sırasına biri də əlavə olundu – Rəsmi

15:47 - 11.06.2020


11 İyun, Fineko/abc.az. Azərbaycan Dəmir Yolları güclənldirilmiş karantin günlərində elektrik qatarlarının fəaliyyətini dayandıracağfını bildirib.

Qurumdan ABC.AZ-a verilən məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarları iki gün hərəkətdə olmayacaq.

"Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-ü və 15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. İyunun 16-dan qatarların cari qrafik əsasında  Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq" deyə məlumatda bildirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər