330x100
 

Dövlət qurumu SMS xidməti üçün 200 min manata yaxın pul ödəyəcək – Müqavilə bağlandı

11.06.2020,16:46


11 iyun, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti SMS xidməti üçün 200 min manata yaxın vəsait ödəyəcək.

ABC.AZ bu barədə vahid dövlət satınalmaları portalına istinadən xəbər verir.

Məlumata görə, adıçəkilən qurum SMS paketinin satınalınması üçün “L-SİM” MMC ilə müqavilə imzalayıb.

Göstərilən xidmətə görə, dövlət qurumu MMC-yə 197 355 manat ödəyəcək.