330x110
 

Azərbaycanda son zəng virtual keçiriləcək – İlk dəfə

11.06.2020,16:48


11 İyun, Fineko/abc.az. Azərbaycanda ilk dəfə məzunlar üçün son zəng virtual keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O qeyd edib ki, həmin tarixdə son 3 ayda Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən teledərslərdə iştirak edən müəllimlər “Azərbaycanım” mahnısı ifa edəcək.

Virtual “Son zəng” verilişi iyunun 12-si saat 12.30-da “Mədəniyyət” və “ARB Günəş” telekanallarından canlı yayımlanacaq.