Daha bir qonşu ölkə turistlər üçün sərhədləri açır – Bu ay

11:41 - 12.06.2020


12 iyun, Fineko/abc.az. İran iyun ayının ortalarından etibarən turistləri qəbul etməyə hazır vəziyyətdə olacaq.

ABC.AZ xarici KİV-lərə istinadən bildirir ki, bunu İranın Turizm nazirinin müavini Vəli Teymuri deyib.

O qeyd edib ki, İran beynəlxalq sərhədlərin açılması istiqamətində işlərə başlayıb.

"Ötən 2 həftə ərzində İranda 4,2 milyon yerli turistin turizm məkanlarında qalması qeydə alınıb", - deyə o bildirib.

Qeyd edək ki, İran yaxın 1 ay ərzində ölkədə panidemiyanın təhülkəsiz vəziyyətə düşəcəyini bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər