Bakıda taksi sürücülərinin vergiləri 50 faiz azaldıldı – Aylıq 9 manat ödəniş edəcəklər

14:18 - 12.06.2020


12 iyun, Fineko/abc.az. Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə sərnişin daşınması xidməti göstərən vergiödəyicilərinin öhdəlikləri də nəzərə alınıb.

Bu barədə Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumatda qeyd olunub.

Bildirilib ki, bu sektorda vergi məbləğləri 50 faiz azaldılıb.

Belə ki, taksi xidməti göstərən şəxslər Bakı şəhərində 2020-ci il ərzində aylıq 9 manat vergi ödəyəcəklər və digər bölgələrdə də bu məbləğ əmsallara müvafiq olaraq azaldılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər