Zara mağazalar şəbəkəsi bağlanır – Bəs Azərbaycanda?

14:52 - 12.06.2020


12 İyun, Fineko/abc.az. "Zara", "Bershka", "Pull & Bear" və "Massimo Dutti" kimi məşhur geyim brendlərinin dünya üzrə mindən çox mağazası bağlanacaq.

ABC.AZ xəbər verir ki, bu barədə sözügedən brendlərin sahibi olan və restrukturizasiya elan edən "Inditex" şirkəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu qərarın qəbul edilməsinin əsas səbəbi kimi yeni növ koronavirusun pandemiyası zamanı satışların azalması və zərərin yaranması göstərilir.

Sözügedən brendlərin Azərbaycanda təmsilçisi olan "Retail Group Azerbaijan" şirkətindən verilən məlumata görə, bu qərar daxili bazara aid deyil.

Qeyd olunan mağazalar şəbəkəsi Azərbaycanda fəaliyyətini davam etdirir.

 

Bütün xəbərlər