İki idarə birləşdirildi – Baş Prokurorluqda islahat

16:50 - 12.06.2020


12 iyun, Fineko/abc.az. Baş Prokurorluğunun yeni strukturuna əsasən, Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv edilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiqlənib.

Sərəncamla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.

 

Bütün xəbərlər